"Rəşadət" ordeni
From Wikipedia, the free encyclopedia
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri.[3]
Cəld faktlar 1-ci dərəcə, 2-ci dərəcə ...
"Rəşadət" ordeni | |
---|---|
Azərbaycan Respublikasının “Rəşadət” ordeni[1] | |
1-ci dərəcə | |
2-ci dərəcə | |
3-cü dərəcə | |
|
|
Ölkə | Azərbaycan |
Tip | orden |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 17 noyabr 2017 |
Son təltif |
|
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Bayrağı" ordeni |
Aşağı mükafat | "Şərəf" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
"Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları
- Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə;
- əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə;
- Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə;
- həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə;
- fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə;
- həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər.[3]
"Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.[3]